Almaniyada 8 türkün qatili ömrünü həbsxanada başa vuracaq

Almaniyada 8 türkün qatili ömrünü həbsxanada başa vuracaq Almaniyada məhkəmə neonasist qatil Beate Çeypin ömürlük həbs cəzası qərarını qüvvədə saxlayıb.
Digər ölkələr
20 Avqust , 2021 05:08
Almaniyada 8 türkün qatili ömrünü həbsxanada başa vuracaq

Almaniyada məhkəmə neonasist qatil Beate Tsşepenin ömürlük həbs cəzası qərarını qüvvədə saxlayıb.

“Report”un məlumatına görə, bu barədə “Reuters” bildirib.

Federal məhkəmə onun cinayətlərinin ağır olduğunu nəzərə alaraq, müttəhimin həbsxanada qalması barədə qərarı qüvvədə saxlamaqla Beata Tsşepenin apellyasiya şikayətini rədd edib.

Sonrakı şikayət vermə proseduru mümkün deyil.

Beata Tsşepe 2000-ci ildən 2007-ci ilə qədər türk əsilli səkkiz nəfəri və yunan mənşəli bir kişini öldürüb. Tsşepe həmçinin qadın polisi də qətlə yetirib.

O, eləcə də cinayətkar qruplaşmaya maddi-texniki dəstək göstərib və qatillərə sığınacaq verib.

Son xəbərlər

Orphus sistemi