Yuxarı
    Bağlamaq

    ​Almaniya XİN başçısı: "Hazırda vəziyyət təhlükəlidir"

    Frank-Valter Ştaynmayer: ATƏT-in üzvü olan iki dövlətin Silahlı Qüvvələrinin birbaşa hərbi qarşıdurma vəziyyətinin şahidi olduq

    Bakı. 3 dekabr. REPORT.AZ/ "Hazırda vəziyyət təhlükəlidir. Sülh və sabitlik elə kövrək olub ki, mövqeyimizi mükəmmələşdirməyə aylar lazım ola bilər".

    "Report"un məlumatına görə, bunu Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer ATƏT-ə üzv dövlətlərin xarici işlər nazirlərinin Belqradda keçirilən toplantısında bildirib.

    O, Almaniyanın ATƏT-ə sədrlik edəcəyi dövrdə qurumun fəaliyyətində üstünlük verəcəkləri məsələlərdən danışıb.

    Almaniyalı nazir terror hücumları və qaçqın axınından danışıb. O, noyabrın 24-də Türkiyə sərhədini pozan Rusiya təyyarəsi ətrafında yaranan vəziyyətlə bağlı bunları deyib: "Bu yaxınlarda Rusiya təyyarəsinin vurulması zamanı ATƏT-in üzvü olan iki dövlətin Silahlı Qüvvələrinin birbaşa hərbi qarşıdurma vəziyyətinin şahidi olduq", - o vurğulayıb.

    Qeyd edək ki, Almaniya 2016-cı ildə ATƏT-ə sədrlik edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi