Yuxarı

Almaniya XİN başçısı fevralın əvvəlində İrana səfər edəcək

Ştaynmayerin səfəri Tehranla ər-Riyad arasında danışıqlar üçün zəmin yaratmaq məqsədi daşıyır

Bakı. 16 yanvar. REPORT.AZ/ Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer İrana səfər edəcək. "Report" IRNA agentliyinə istinadən xəbər verir ki, Tehrana səfər fevralın 2-də baş tutacaq.

Agentliyin məlumatına görə, Ştaynmayerin səfəri Tehranla ər-Riyad arasında danışıqlar üçün zəmin yaratmaq məqsədi daşıyır.

IRNA qeyd edir ki, Almaniya XİN başçısı bundan əvvəl İran və Səudiyyə Ərəbistanından olan həmkarları ilə telefon danışığı həyata keçirib və onları gərginliyi artırmamağa çağırıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi