​Almaniya XİN başçısı: "Britaniya ayrılsa Avropa İttifaqı dağıla bilər"

​Almaniya XİN başçısı: "Britaniya ayrılsa Avropa İttifaqı dağıla bilər" Frank-Valter Ştaynmayer: "Bu, birliyin 28 üzvündən hər hansı birinin ayırılmasına oxşamaz"
Digər ölkələr
16 İyun , 2016 17:02
​Almaniya XİN başçısı: Britaniya ayrılsa Avropa İttifaqı dağıla bilər

Bakı. 16 iyun. REPORT.AZ/ "Britaniyada keçiriləcək referendumun nəticəsi mənfi olarsa, Avropa İttifaqı dağıla bilər".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer fransalı həmkarı Jan-Mark Eyro ilə görüşdən sonra keçirilmiş mətbuat konfransında Böyük Britaniyanın Avropa İttifaqından çıxmasını şərh edərkən bildirib.

"Ayrılmaqla bağlı nəticə olarsa, o zaman Avropa İttifaqı dağıla bilər. Bu, birliyin 28 üzvündən hər hansı birinin ayırılmasına oxşamaz. Avropa İttifaqının mövcud olması və on illərdir davam edən çox uğurlu inteqrasiya prosesinin dağılmaması üçün birgə səy göstərmək lazımdır. Bir Avropa dövlətini digəri ilə üz-üzə qoyan millətçiliyə dönməyəcəyik", - deyə Almaniya XİN-in başçısı söyləyib.

Nazirlər Böyük Britaniyanın Avropa İttifaqının tərkibində qalacağına ümid etdiklərini bildiriblər.

Xatırladaq ki, iyunun 23-də krallıqda Britaniyanın Avropa İttifaqında qalması ilə bağlı referendum keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi