Almaniya və Fransa XİN başçıları Ukraynaya yola düşüb

Almaniya və Fransa XİN başçıları Ukraynaya yola düşüb "Normand dördlüyü"nə daxil olan ölkələrin xarici işlər nazirlərinin görüşü Parisdə keçiriləcək
Digər ölkələr
22 Fevral , 2016 18:13
Almaniya və Fransa XİN başçıları Ukraynaya yola düşüb

Bakı. 22 fevral. REPORT.AZ/ Ukraynanın şərqindəki münaqişənin həlli ilə bağlı "Normand dördlüyü"nün növbəti görüşü martın 3-də Parisdə baş tutacaq. "Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Jan-Mark Eyro məlumat verib.

Görüşdə Almaniya, Fransa, Rusiya və Ukraynanın xarici işlər nazirləri iştirak edəcəklər.

Bu gün Almaniyanın xarici işlər nazirləri Frank-Valter Ştaynmayer və onun fransız həmkarı J-M.Eyro Kiyevə yollanıb. Onlar fevralın 22-23-də Ukrayna rəhbərliyi ilə danışıqlar aparacaq.

Son xəbərlər

Orphus sistemi