Yuxarı

​Almaniya və Fransa Debaltsevodakı vəziyyətdən narahatdır

Ölkə liderləri telefon söhbəti zamanı narahatçılıqlarını ifadə ediblər

Bakı. 14 fevral. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko, onun fransalı həmkarı Fransua Olland və Almaniya kansleri Angela Merkel Debaltsevodakı vəziyyətdən narahatdırlar.

"Report" xəbər verir ki, bu barədə Ukrayna liderinin rəsmi saytında məlumat verilib.

Siyasətçilər Ukraynanın şərqindəki hərbi əməliyyatların davam etməsi ilə bağlı narahatçılıqlarını telefon söhbəti zamanı ifadə ediblər.

Həmsöhbətlər fevralın 15-dən etibarən Minsk razılaşmalarının yerinə yetirilməsinin zəruri olduğunu qeyd ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi