Almaniya Ukraynaya yeni hərbi yardım paketi verib
Digər ölkələr
- 07 iyun, 2023
- 17:03
Almaniya Ukraynaya yeni hərbi yardım paketi, o cümlədən, 8 ədəd “Bandvagn 206” - hər yerdə hərəkət edə bilən tırtıllı texnika təqdim edib.
“Report” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin saytı xəbər yayıb.
Hökumətin məlumatına görə, yardım paketinə həmçinin “Gepard” özüyeriyən zenit kompleksi üçün 2 000 ədəd sursat da daxildir.
Bundan əlavə, Almaniya 14 ədəd VECTOR kəşfiyyat dronu, 16 ədəd sərhəd maşını, 3 anti-dron sistemi, 2 ədəd “8x6 HX81” yük maşını, 2 ədəd qoşqu və 11 000 quru qida payı verib.
Ümumilikdə Almaniya Ukraynaya 64 ədəd “Bandvagn 206” tırtıllı maşın tədarük etmək niyyətindədir.
Son xəbərlər
09:15
Gəncədə Atatürkün anım mərasimi keçirilib
Daxili siyasət09:02
VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan idmançıları bu gün beş növdə mübarizə aparacaqlar
Fərdi08:52
Ekvadorda həbsxanada iğtişaş nəticəsində 30-dan çox məhbus ölüb
Digər ölkələr08:41
ABŞ Senatı şatdaunu aradan qaldıracaq qanun layihəsini təsdiqləyib
Digər ölkələr08:35
ABŞ-də şatdauna görə bir gündə gecikən aviareyslərin sayı 10 mini keçib - YENİLƏNİB
Digər ölkələr08:14
Qızılın qiyməti 30 oktyabrdan bəri ilk dəfə 4 050 dolları keçib
Maliyyə07:42
KİV: Britaniya şirkətlərinin 1/4-dən çoxu süni intellektə görə işçilərin ixtisar ediləcəyini gözləyir
Digər ölkələr07:13
WSJ: ABŞ müdafiə sənayesi üçün stibium istehsalını artıracaq
Digər ölkələr06:38