Almaniya parlamentinin aşağı palatası (Bundestaq) Ukraynaya “Taurus” qanadlı raketlərinin tədarükünə dair qətnamənin əleyhinə səs verib.
“Report” xəbər verir ki, 182 deputat qətnaməni dəstəkləyib, 480 deputat isə əleyhinə çıxıb.
Daha beş deputat isə səsvermədə bitərəf qalıb.
“Bild” qəzetinin yazdığına görə, Almaniya hökuməti “Taurus” raketlərinin Rusiya ərazisinə hücumlar üçün istifadə olunacağından ehtiyat etdiyi üçün onları Ukraynaya tədarük etmək istəmir.