Yuxarı
    Bağlamaq

    Almaniya Suriya və İraqa hərbi mütəxəssislər göndərəcək

    Bundesverin Qərb koalisiyasının Suriya və İraqdakı əməliyyatlarında iştirakı da 2017-ci ilin sonuna qədər uzadılacaq

    Bakı. 12 oktyabr. REPORT.AZ/ Almaniya hökuməti Bundesverin Qərb koalisiyasının Suriya və İraqda İŞİD-ə qarşı aparılan əməliyyatlarında iştirakını 2017-ci ilin sonuna qədər uzatmaq qərarına gəlib.

    "Report" TASS-a istinadən xəbər verir ki, yenilənmiş mandat həmçinin almaniyalı hərbi mütəxəssislərin NATO-nun AWACS radiolokasiya kəşfiyyatı üçün ekipaj yaratmasını da nəzərdə tutur. AWACS radiolokasiya kəşfiyyat qrupu vəzifəsi hərbi əməliyyatlar zonasında hava məkanına nəzarət etməkdən ibarətdir. Qoşun kontingentinin ümumi sayı 1 200 nəfərə çata bilər.

    Sənədin qüvvəyə minməsi üçün onun Bundestaqda təsdiq edilməsi tələb olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi