Almaniya pulsuz koronavirus testini dayandırır

Almaniya pulsuz koronavirus testini dayandırır Oktyabrın 11-dən Almaniyada pulsuz COVID testinin istifadəsi dayandırılacaq.
Digər ölkələr
10 Avqust , 2021 20:38
Almaniya pulsuz koronavirus testini dayandırır

Oktyabrın 11-dən Almaniyada pulsuz COVID testinin istifadəsi dayandırılacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel federal torpaqların baş nazirləri ilə görüşdən sonra jurnalistlərə açıqlamasında məlumat verib.

Merkel əlavə edib ki, hər bir sakinin vaksinasiyadan keçmək imkanı olduğu halda, testlərin aparılması ləğv edilə bilər.

“Biz Almaniyanın hər bir sakinini vaksinasiyadan keçirməyə hazırıq”, - kansler bildirib.

Son xəbərlər

Orphus sistemi