Almaniya Prezidenti: “Ukraynadakı hadisələr Avropanın təhlükəsizliklə bağlı nizamının məhvinə gətirib çıxarıb”

Digər ölkələr
  • 10 may, 2023
  • 22:24
Almaniya Prezidenti: “Ukraynadakı hadisələr Avropanın təhlükəsizliklə bağlı nizamının məhvinə gətirib çıxarıb”

“Ukraynada baş verən hadisələr uzunmüddətli perspektivdə Avropanın təhlükəsizliklə bağlı nizamının məhvinə gətirib çıxarıb”.

“Report” xəbər verir ki, bunu Almaniya Prezidenti Frank-Valter Ştaynmayer RBB radiostansiyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, hətta Ukraynada münaqişənin sona çatması belə köhnə təhlükəsizlik fəlsəfəsinə qayıtmaq demək deyil: “Yeni vəziyyət yaranacaq: bir tərəfdən Avropa, digər tərəfdən Rusiya özlərini bir-birilərindən müdafiə etməyə çalışacaq”.

Almaniya Prezidentinin fikrincə, ümumi təhlükəsizlik fəlsəfəsi uzunmüddətli perspektivdə ümumi anlayış olmaqdan çıxacaq: “Təəssüf ki, bu, Ukraynadakı münaqişənin nəticəsidir”.

44 filmi