Almaniya prezidenti ölkədə antisemitizmin artmasını pisləyib

Almaniya prezidenti ölkədə antisemitizmin artmasını pisləyib Bakı. 11 mart. REPORT.AZ/ Almaniya prezidenti Frank-Valter Ştaynmayer Nürnberqdə Qardaşlıq həftəsinin açılışında antisemitizmin artması təhlükəsi haqqında bildirib.
Digər ölkələr
11 Mart , 2019 03:57
Almaniya prezidenti ölkədə antisemitizmin artmasını pisləyib

Bakı. 11 mart. REPORT.AZ/ Almaniya prezidenti Frank-Valter Ştaynmayer Nürnberqdə "Qardaşlıq həftəsi"nin açılışında antisemitizmin artması təhlükəsi haqqında bildirib.

"Report" xəbər verir ki, bu barədə "Deutsche Welle" məlumat yayıb.

O, qeyd edib ki, Almaniyada antisemitizm özünü büruzə verir. Prezident həmçinin şikayətlənib ki, bu, ona "acı və ağrılı"dır.

"Yəhudilərə nifrətin istənilən təzahürləri Konstitusiyaya və demokratiyaya hücumdur", - deyə siyasətçi əlavə edib.

Son xəbərlər

Orphus sistemi