Almaniya prezidenti bu vəzifəyə ikinci müddətə seçilməkdən imtina edib

Almaniya prezidenti bu vəzifəyə ikinci müddətə seçilməkdən imtina edib Prezidentin bu addımı onun yaşı və sağlamlıq problemləri ilə əlaqədardır
Digər ölkələr
4 İyun , 2016 16:46
Almaniya prezidenti bu vəzifəyə ikinci müddətə seçilməkdən imtina edib

Bakı. 4 iyun. REPORT.AZ/ Almaniyanın federal prezidenti Yoahim Qauk ikinci dəfə bu ali vəzifəyə seçilmək üçün namizədliyini irəli sürməkdən imtina edib.

"Report" "Bild" qəzetinə istinadən xəbər verir ki, 76 yaşlı Y.Qauk bazar ertəsi kansler Angela Merkel ilə görüşəcək və ona qərarının səbəbləri barədə məlumat verəcək. O, çərşənbə axşamı bu xəbəri ictimaiyyətə açıqlayacaq.

"Bild"in yazdığına görə, prezidentin bu addımı onun yaşı və sağlamlıq problemləri ilə əlaqədardır.

Son xəbərlər

Orphus sistemi