Almaniya Prezidenti II Elizabetin dəfn mərasimində iştirak edəcək

Digər ölkələr
  • 12 sentyabr, 2022
  • 03:12
Almaniya Prezidenti II Elizabetin dəfn mərasimində iştirak edəcək

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin dövlət dəfn mərasimində iştirak edəcək.

"Report" xəbər verir ki, bu barədə bazar günü Almaniya dövlət başçısının nümayəndəsi DPA-ya bildirib.

Onun sözlərinə görə, Ştaynmayer sentyabrın 19-da Böyük Britaniyanın paytaxtında Vestminster Abbeyində keçiriləcək dəfn mərasiminə qatılacaq.

Ülyahəzrət II Elizabet sentyabrın 8-də 96 yaşında vəfat edib.

44 - Tezliklə