Almaniya Polşa və Çexiya ilə sərhəddə yoxlamalar tətbiq edəcək
Digər ölkələr
- 27 sentyabr, 2023
- 02:16
Almaniyanın daxili işlər naziri Nensi Faser sentyabrın 27-də miqrant və sığınacaq axtaranların axını fonunda ölkənin Polşa və Çexiya ilə sərhədlərində müvəqqəti yoxlamaların aparılması ilə bağlı göstəriş verəcək.
“Report” xəbər verir ki, bu barədə “Politico” mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, yaxın bir neçə gün ərzində “seçilmiş sərhəd keçidlərində” yoxlamalar başlayacaq.
2023-cü ilin əvvəlindən 204 min insan sığınacaq üçün Almaniya hakimiyyətinə müraciət edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 77% çoxdur.
Sentyabrın 23-də Almaniya kansleri Olaf Şolts sərhəddə nəzarətin gücləndirilməsinə icazə verib. Eyni zamanda o, Almaniyanın ehtiyacı olanlara sığınacaq verməyə davam edəcəyini vurğulayıb.
Son xəbərlər
07:08
ABŞ Avropadakı ideoloqlara qarşı sanksiya tətbiq edib
Digər ölkələr06:36
Keçmiş məcburi köçkün: Gənclik illərinin ab-havası ilə qayıdırıq Horovlu kəndinə
Daxili siyasət06:26
Horovlu sakini: Yaşadığım bu xoşbəxtliyi bütün keçmiş məcburi köçkünlərə arzulayıram
Daxili siyasət06:25
Foto
Bu gün Xocavənd və Cəbrayıl rayonlarının kəndlərinə növbəti köç karvanları yola salınıb
Daxili siyasət06:08
Palladiumun qiyməti son 3 ildə ilk dəfə 2000 dolları keçib
Maliyyə05:48
Pentaqon "C-130J" təyyarələrinin istehsalı üçün müqaviləni 25 milyard dollara qədər artırıb
Digər ölkələr05:17
"Arsenal" İngiltərə Liqa Kubokunun yarımfinalına vəsiqə qazanıb
Futbol04:43
Venesuelanın BMT-dəki səfiri: ABŞ Karib dənizini ilhaq etməyə çalışır
Digər ölkələr04:27