Almaniyanın maliyyə naziri Kristian Lindner Bundestaq deputatlarına Ukraynaya hərbi yardım üçün ildə 5 milyard avro ayırmağı təklif edib.
“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Lindner Berlində Almaniya hökumətinin “Açıq qapı” günləri çərçivəsində vətəndaşlarla müzakirələrdə bildirib.
“Biz Ukraynaya artıq 22 milyard avro məbləğində yardım göstərmişik”, - Lindner qeyd edib.
Maliyyə naziri buraya əsasn humanitar yardımlar daxildir:
“Növbəti illər üçün mən Bundestaqdakı büdcə qanunvericilərinə hərbi dəstək olaraq plana hər il 5 milyard avro töhfə verməyi təklif etmişəm”.