​Almaniya Ukraynaya 500 milyon avro kredit ayırıb

​Almaniya Ukraynaya 500 milyon avro kredit ayırıb Kreditin çox aşağı faiz dərəcəsi ilə 20 il müddətinə verildiyi bildirilir
Digər ölkələr
8 Yanvar , 2015 04:49
​Almaniya Ukraynaya 500 milyon avro kredit ayırıb
Bakı. 8 yanvar. REPORT.AZ/ Almaniya Ukraynaya 500 milyon avro həcmində kredit ayırıb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna hökumətinin rəsmi saytında məlumat verilib.

Sənəd Ukrayna baş naziri Arsen Yaçenyuk ilə Almaniyanın iqtisadiyyat və energetika naziri Ziqmar Qabriel arasında Berlində baş tutan görüş zamanı imzalanıb.

"Prioritetlər arasında Ukraynanın şərq vilayətlərində infrastrukturun bərpası da var", - deyə məlumatda bildirilir.

Kreditin çox aşağı faiz dərəcəsi ilə 20 il müddətinə verildiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi