​Almaniya Kəşfiyyat Xidmətinin başçısı istefa verib

​Almaniya Kəşfiyyat Xidmətinin başçısı istefa verib Gerhard Şindlerin istefasının səbəbi açıqlanmayıb
Digər ölkələr
27 Aprel , 2016 13:08
​Almaniya Kəşfiyyat Xidmətinin başçısı istefa verib

Bakı. 27 aprel. REPORT.AZ/ Almaniya federal Kəşfiyyat Xidmətinin (BND) başçısı Gerhard Şindler istefa verib. "Report" xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

Məlumata görə, onun səlahiyyət müddəti iki ildən sonra başa çatacaqdı. 2012-ci ildən bu vəzifədə çalışan kəşfiyyatçı iyulun 1-dən istefaya göndəriləcək. Gerhard Şindlerin istefasının səbəbi açıqlanmayıb.

Xəbərə əsasən, bir ilə yaxındır ki, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin istəyi ilə BND qonşu Avropa dövlətlərində casusluq etdiyi məlum olub. Həmin məsələdə Gerhard Şindlerin də adı hallanıb.

BND-dən sızan məlumatlara əsasən, Fransa prezidenti, Xarici İşlər Nazirliyi, eləcə də Avropa İttifaqı Komissiyasının izlənildiyi ehtimal edilir.

Qeyd edək ki, Ukraynada qəzaya uğrayan "Boinq" "MH17" sərnişin təyyarəsinin birmənalı olaraq rusiyayönlü separatçılar tərəfindən vurulduğu haqda hesabat hazırlanmışdı.

Son xəbərlər

Orphus sistemi