Almaniya kansleri: “Rusiyadan qaz tədarükünə artıq etibar etmək olmaz”

Almaniya kansleri: “Rusiyadan qaz tədarükünə artıq etibar etmək olmaz” Almaniya kansleri Olaf Şolts bildirib ki, Rusiyadan qaz tədarükünə artıq etibar etmək olmaz.
Digər ölkələr
23 İyul , 2022 06:44
Almaniya kansleri: “Rusiyadan qaz tədarükünə artıq etibar etmək olmaz”

Almaniya kansleri Olaf Şolts bildirib ki, Rusiyadan qaz tədarükünə artıq etibar etmək olmaz.

“Report” xəbər verir ki, bu barədə “ZEIT” nəşri yazıb.

Kansler Rusiyanı təhlükəli qaz təchizatçısı hesab edir. Onun sözlərinə görə, gələcəkdə təchizat indikindən daha təhlükəsiz olmayacaq.

“Biz ölkə olaraq bu vəziyyətdən çıxmaq üçün əlimizdən gələni edəcəyik”, - deyə o vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Almaniya hakimiyyəti qaz ehtiyatlarının və tədarükünün azalması ilə əlaqədar həyəcan rejimini işə salmışdı. Eyni zamanda ölkədə qazın qiyməti qalxıb.

Son xəbərlər

Orphus sistemi