Almaniya hökumətinin nümayəndəsi İrandan İsrailə münasibətini dəyişdirməyi istəyib

Almaniya hökumətinin nümayəndəsi İrandan İsrailə münasibətini dəyişdirməyi istəyib “Biz - avropalılar nüvə anlaşmasının saxlanılmasında hələ də maraqlıyıq”.
Digər ölkələr
8 May , 2019 20:09
Almaniya hökumətinin nümayəndəsi İrandan İsrailə münasibətini dəyişdirməyi istəyib

“Biz - avropalılar nüvə anlaşmasının saxlanılmasında hələ də maraqlıyıq”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert mayın 8-də Berlində keçirdiyi brifinqdə deyib.

“Almaniya bu istiqamətdə səylərini davam etdirir və İranın razılaşmaya tam əməl etməsini gözləyirik. Nə qədər ki, İsrailin mövcudluğunu şübhə altına qoyacaq, İranla normal münasibət mümkün olmayacaq”, - o vurğulayıb.

Qeyd edək ki, mayın 8-də İran prezidenti Həsən Ruhani ölkəsinin nüvə razılaşmasından qismən çıxacağını bildirib.

Son xəbərlər

Orphus sistemi