Almaniya hökuməti konstitusiyadan irq sözünü götürəcək

Almaniya hökuməti konstitusiyadan irq sözünü götürəcək Almaniya Federativ Respublikasının (AFR) hakim koalisiyası (Xristian Demokratik İttifaqı, Xristian Sosialist İttifaq və Almaniya Sosial Demokrat Partiyası) ölkə konstitusiyasından "irq" sözünü götürməyə razılaşıb
Digər ölkələr
6 Mart , 2021 04:40
Almaniya hökuməti konstitusiyadan irq sözünü götürəcək

Almaniya Federativ Respublikasının (AFR) hakim koalisiyası (Xristian Demokratik İttifaqı, Xristian Sosialist İttifaq və Alman Sosial Demokrat Partiyası) ölkə konstitusiyasından irq sözünü götürməyə razılaşıb.

“Report” xəbər verir ki, bu barədə “Spiegel” yazıb.

Sənədin üçüncü paraqrafında qeyd edilir ki, heç kəs cinsinə, mənşəyinə, irqinə, dilinə, soyadına və doğum yerinə, məzhəbinə, dininə, siyasi baxışlarına, həmçinin əlilliyinə görə ayrıseçkiliyə məruz qala olmaz.

Almaniya parlamentariləri “irq” sözünü "irqçi əsaslarla" əvəz etməyə razılaşıblar.

AFR hökumətinin artıq gələn həftə lazımi dəyişiklikləri tətbiq edəcəyi gözlənilir. Düzəlişin təsdiqi üçün həmçinin Bundestaq və Bundesrat üzvlərinin üçdə ikisinin səsi lazımdır.

Son xəbərlər

Orphus sistemi