Almaniya Fransa ilə sərhəddə nəzarəti gücləndirib

Digər ölkələr
  • 15 iyul, 2016
  • 10:34
Almaniya Fransa ilə sərhəddə nəzarəti gücləndirib

Bakı. 15 iyul. REPORT.AZ/ Nitsadakı terror hücumundan sonra Almaniya Fransa ilə sərhəddə nəzarəti gücləndirib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Almaniya federal polisindən məlumat verilib.

Sərhəd nəzarəti aeroportlarda, avtomobil yollarında və dəmir yolu keçidlərində gücləndirib.

"Fransa hökuməti ilə razılaşdırılmaqla, Almaniya federal polisi Fransa ilə sərhəd ərazilərdə nəzarəti gücləndirir", - deyə bəyənatda bildirilir.