Almaniya əhalisinin üçdə biri tam peyvənd olunub
Digər ölkələr
- 25 iyun, 2021
- 10:14
Almaniyada əhalinin üçdə birindən çoxu koronavirusa qarşı tam peyvənd olunub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə səhiyyə naziri Yens Spahn mətbuat konfransında bildirib.
O deyib ki, bu günədək Almaniyada koronavirusa qarşı 70,5 milyondan artıq iynə vurulub: "44 milyon vətəndaşa, yəni 52,9 faizə ən azı bir doza dərman vurulub, 28,3 milyon isə, yəni hər üç nəfərdən birindən çoxu tam qoruma əldə edib".
Nazir hazırda “Delta” variantının yayıldığı bir vaxtda ikinci dərman vurdurmağın daha mühüm olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, Almaniyada koronavirusa qarşı peyvəndləmə dekabr ayının sonunda başlayıb. Ölkədə “Pfizer” – “BioNTech”, “Moderna”, “AstraZeneca”, “Johnson & Johnson” istehsalı dərmanlardan istifadə olunur.
Son xəbərlər
09:06
Türkiyədə avtobus aşıb, 46 nəfər yaralanıb
Region09:02
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (16.07.2026)
Maliyyə09:00
"Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxır
Futbol08:57
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (16.07.2026)
Maliyyə08:48
Video
Bakıda hotelin saunasında yanğın baş verib, qonaqlar təxliyə olunub
Hadisə08:48
ABŞ Braziliyadan idxal olunan məhsulların əksəriyyətinə 25 faizlik gömrük rüsumu tətbiq edəcək
Digər ölkələr08:26
Rusiya Silahlı Qüvvələrinin Kiyevə gecə hücumları nəticəsində iki nəfər ölüb, altı nəfər yaralanıb
Digər ölkələr08:17
Bakıda 5 istiqamətdə tıxac müşahidə olunur
İnfrastruktur08:14