Almaniya DİN dövlət qulluğunda olan miqrantların sayını artırmağı planlaşdırır

Almaniya DİN dövlət qulluğunda olan miqrantların sayını artırmağı planlaşdırır Almaniya Daxili İşlər Nazirliyinin rəhbəri Nensi Fezer miqrasiya tarixi olan daha çox vətəndaşın dövlət qulluğuna qəbul edilməsinə və onların karyera nərdivanında irəliləməsinə kömək edəcək qanun layihəsini təqdim etmək niyyətindədir.
Digər ölkələr
23 İyun , 2024 02:54
Almaniya DİN dövlət qulluğunda olan miqrantların sayını artırmağı planlaşdırır

Almaniya Daxili İşlər Nazirliyinin rəhbəri Nensi Fezer miqrasiya tarixi olan daha çox vətəndaşın dövlət qulluğuna qəbul edilməsinə və onların karyera nərdivanında irəliləməsinə kömək edəcək qanun layihəsini təqdim etmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə “Bild” nazirliyin sənədinə istinadən yazıb.

Nəşr qeyd edib ki, qanun ölkədə olan xarici şəxslərin ölkənin idarə olunmasında iştirakının genişləndirilməsinə yönəlib. Onun məqsədi alman cəmiyyətinin müxtəlifliyini inzibati orqanlarda əks etdirməkdir.

Bundan əlavə, dövlət qulluğunda miqrasiya mənşəli şəxslərin xüsusi çəkisinin artmasını nəzərdə tutur. Bütün iş elanlarında bu cür şəxslərin müraciətlərinin qəbul edildiyini bildirən bir bəyanatın yer alması planlaşdırılır.

Almaniya Nazirlər Kabinetindən dövlət qulluğunda miqrasiya tarixi olan insanların nisbətinin artırılması ilə bağlı hər dörd ildən bir Bundestaq qarşısında hesabat verməsi də tələb olunacaq. Buna baxmayaraq, artıq bir çox ekspertlər bu fikri tənqid ediblər.

Son xəbərlər

Orphus sistemi