Almaniya DİN terrorçuları vətəndaşlıqdan məhrum etməyi təklif edib

Almaniya DİN terrorçuları vətəndaşlıqdan məhrum etməyi təklif edib Qanun layihəsi eyni zamanda Suriya və ya İraq vətəndaşı olan almanlara qarşı yönəlib
Digər ölkələr
4 Noyabr , 2016 10:47
Almaniya DİN terrorçuları vətəndaşlıqdan məhrum etməyi təklif edib

Bakı. 4 noyabr. REPORT.AZ/ Ölkə xaricində terror fəaliyyətinə cəlb edilmiş Almaniya vətəndaşları gələcəkdə vətəndaşlıqdan məhrum edilə bilər.

"Report" TASS-a istinadən xəbər verir ki, müvafiq qanun layihəsi Almaniya Daxili İşlər Nazirliyi tərəfindən hazırlanıb.

Ölkə konstitusiyasına əsasən, yalnız iki - Almaniya və başqa hansısa ölkənin pasportu olanları vətəndaşlıqdan məhrum etmək mümkündür. Qanun layihəsi ilk növbədə eyni zamanda Suriya və ya İraq vətəndaşı olan və adları çəkilən ölkələrə gedərək terror qruplaşmalarının tərkibində hərbi əməliyyatlarda iştirak edən almanlara qarşı yönəlib.

Almaniya hüquq-mühafizə orqanları terror qruplaşmalarının tərkibində döyüşmək üçün Orta və Yaxın Şərqə gedən 870 nəfəri müəyyənləşdirib. Onlardan təxminən 100 nəfəri ikili vətəndaşlığa malikdir.

Son xəbərlər

Orphus sistemi