Almaniya Ukraynaya 200 milyon avro məbləğində yeni maliyyə yardımı edəcək.
"Report" xəbər verir ki, bu barədə Almaniyanın iqtisadi əməkdaşlıq və inkişaf naziri Svenya Şulze "Funke" media qrupuna müsahibəsində bildirib.
"Bizim yeni yardımımızın əhəmiyyətli hissəsi Ukrayna hökumətinin məcburi köçkünlərə dəstək proqramına yönəldilməlidir", - o deyib.