Almaniya Avstriya ilə sərhəddə nəzarət müddətini uzadıb

Almaniya Avstriya ilə sərhəddə nəzarət müddətini uzadıb Bakı. 12 oktyabr. REPORT.AZ/ Almaniya qanunsuz miqrant axını ilə əlaqədar Avstriya ilə sərhəddə nəzarətin müddətini 2019-cu il mayın 11-dək uzadıb.
Digər ölkələr
12 Oktyabr , 2018 15:22
Almaniya Avstriya ilə sərhəddə nəzarət müddətini uzadıb

Bakı. 12 oktyabr. REPORT.AZ/ Almaniya qanunsuz miqrant axını ilə əlaqədar Avstriya ilə sərhəddə nəzarətin müddətini 2019-cu il mayın 11-dək uzadıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə keçirdiyi brifinqdə Almaniyanın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi nümayəndəsi Eleonora Peterman bildirib.

"Almaniya Avstriya ilə daxili sərhədindəki nəzarət rejiminin daha 6 ay müddətinə, yəni 12 noyabr 2018-ci il tarixindən 11 may 2019-cu ilədək uzadılmasına qərar verib. Bu qərar Avstriya, Danimarka, İsveç və Norveçin DİN başçıları ilə sıx koordinasiya əsasında qəbul edilib", - E.Peterman deyib.

O qeyd edib ki, rəsmi Berlinin məqsədi Şengen zonası daxilində nəzarətsiz hərəkətə qayıtmaqdır, amma hələ də Avropa İttifaqının xarici sərhədlərinin qorunmasında çatışmazlıq və yüksək səviyyədə qanunsuz miqrasiya axını var.

Son xəbərlər

Orphus sistemi