Almaniya Avropa Şurasına üzvlük üçün əlavə 10 milyon dollar ödəyəcək

Almaniya Avropa Şurasına üzvlük üçün əlavə 10 milyon dollar ödəyəcək "Rusiyanın Avropa Şurasından (AŞ) çıxmasının səbəb olduğu itkiləri kompensasiya etmək üçün Almaniya hökuməti əlavə 10 milyon ABŞ dolları üzvlük haqqı ödəyəcək".
Digər ölkələr
20 May , 2022 10:03
Almaniya Avropa Şurasına üzvlük üçün əlavə 10 milyon dollar ödəyəcək

"Rusiyanın Avropa Şurasından (AŞ) çıxmasının səbəb olduğu itkiləri kompensasiya etmək üçün Almaniya hökuməti əlavə 10 milyon ABŞ dolları üzvlük haqqı ödəyəcək".

“Report” xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok AŞ-nın Nazirlər Komitəsinin Turində keçiriləcək 132-ci iclasından öncə bildirib.

“AŞ nazirlərinin konfransında Rusiyanın təşkilatdan çıxışının strateji baxımdan nə demək olduğunu müzakirə edəcəyik. Çatışmayan üzvlük haqqının kompensasiya edilməsi zərurəti təşkilatın işinə təsir etməməlidir. AŞ hazırda həmişəkindən daha çox lazımdır”, - Almaniyanın XİN rəhbəri deyib.

“Kompensasiyanı təmin etmək və AŞ-ni möhkəmləndirmək üçün federal hökumət bundan sonra əlavə olaraq 10 milyon ABŞ dolları üzvlük haqqı ödəyəcək”, - A.Berbok söyləyib.

Son xəbərlər

Orphus sistemi