Almaniya Afrika ölkələrinə 70 milyon doza COVAX peyvəndi ayıracaq.
"Report" xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel Berlində keçirdiyi mətbuat konfransında açıqlayıb.
"Vaksinlər ən qısa zamanda Afrikadakı insanlara çatdırılmalıdır", - Merkel deyib.
Bundan əvvəl Afrika ölkələrinə 30 milyon doza koronavirus peyvəndi ayrıldığı deyilirdi.
Qeyd edək ki, COVAX təhlükəsiz COVID-19 peyvənd təkliflər portfelini istifadə etmə imkanı yaradan əvəzolunmaz mexanizmə malik sistemdir. COVAX platformasının əsas məqsədi COVID-19 ilə mübarizədə vaksin istehsalını sürətləndirmək və bütün ölkələr üçün ədalətli və bərabər əlçatanlıq imkanı yaratmaqdır. Proqramın şərtlərinə görə, yüksək gəlirli ölkələr daha az imkanlı ölkələr üçün vaksinlərin alınmasını ödəyirlər. 2021-ci ilin sonuna qədər 2 milyard dozada vaksin istehsal olunmalı və bütün dünyada bərabər paylanmalıdır.