Yuxarı

​Almaniya 2015-ci ildə 800 minədək qaçqın gələcəyini gözləyir

Bu, ölkənin mövcudluğu tarixində ən kütləvi qaçqın axını olacaq

Bakı. 19 Avqust. REPORT.AZ/ Almaniya 2015-ci ildə əvvəlki ilə nisbətdə dörd dəfə daha çox qaçqın gələcəyini gözləyir.

"Report" "Deutsche Welle"yə istinadən xəbər verir ki, bu barədə Almaniya Federativ Respublikasının daxili işlər naziri Tomas de Mezyer Berlində federal torpaqların nümayəndələri ilə məsləhətləşmələrdən sonra bildirib.

"Biz nəzərdə tutmalıyıq ki, bu il Almaniyaya 80 minə qədər qaçqın və ya sığınacaq istəyəcək şəxs gələcək", - deyə o bildirib.

O qeyd edib ki, bu Federal respublikanın mövcud olduğu tarix ərzində ən kütləvi qaçqın axını olacaq.

Yeni proqnoz Miqrasiya və Qaçqınlarla İş üzrə Federal İdarə tərəfindən hazırlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi