Alman təyyarəsinin ikinci pilotunun görmə qabiliyyətində problem olub

Alman təyyarəsinin ikinci pilotunun görmə qabiliyyətində problem olub Bu haqda Almaniyanın Buildam Sonntag qəzeti məlumat verib
Digər ölkələr
30 Mart , 2015 03:21
Alman təyyarəsinin ikinci pilotunun görmə qabiliyyətində problem olub

Bakı. 30 mart. REPORT.AZ/ Fransanın Alp dağları bölgəsində qəzaya uğramış Germanwings şirkətinə məxsus təyyarəsinin ikinci pilotunun psixoloji problemlərlə yanaşı, görmə qabiliyyətində problem olub.

"Report"un Amerikanın Səsinə istinadən verdiyi xəbərə görə, bu haqda Almaniyanın Buildam Sonntag qəzeti məlumat verib.

Qəzetdə dərc edilmiş məqalədə deyilir ki, təhqiqatçılar 27 yaşlı ikinci pilot Andreas Lübitsin gözündə retinanın yırtılması səbəbi ilə görmə qabiliyyətini itirəcəyindən qorxuduğuna dair dəlil aşkar edib.

Prokurorların bildirdiyinə görə, Lübitsin evində keçirilmiş axtarış nəticəsində mövcud xətlik və tibbi müalicəyə dair sənədlər tapılıb. Polis onun həmçinin psixi xəstəliklə əlaqədar müalicə olunduğuna dair dəlil aşkar edib.

Qəzetdə həmçinin Lübitsin onunla birgə yaşayan sevgilisinin hamilə olduğu yazılıb.

Fransa rəsmiləri bildirib ki, təyyarənin uçuşunu qeydə alınması nəticəsində Lübitsin 150 sərnilinlə uçan təyyarənin qəzasından öncə pilotun kabinaya daxil olmasına imkan vermədiyi aydın olub.

Son xəbərlər

Orphus sistemi