Bakı. 4 yanvar. REPORT.AZ/ Almaniya Bundestaqındakı bütün partiya qruplarını təmsil edən yüzlərlə millət vəkilinin şəxsi məlumatları hakerlər tərəfindən internetdə dərc edilib.
“Report” “RBB” teleradioşirkətinə istinadən xəbər verir ki, millət vəkillərinin şəxsi telefon nömrələri, ünvanları, bəzilərinə aid maliyyə sənədləri və yaxınlarına yazılan məktublarla yanaşı, partiya qurultaylarında iştirak etmək barədə ərizələri, qurultay iştirakçılarının siyahıları kimi sənədlər də ictimaiyyətin ixtiyarına verilib.