​"Alitalia" şirkətinə məxsus təyyarə təcili eniş edib

​"Alitalia" şirkətinə məxsus təyyarə təcili eniş edib Şübhəli qırmızı çemodanda dərman preparatları aşkar olunub
Digər ölkələr
17 Aprel , 2015 01:38
​Alitalia şirkətinə məxsus təyyarə təcili eniş edib

Bakı. 17 aprel. REPORT.AZ/ "Alitalia" aviaşirkətinə məxsus təyyarə Romanın Leonardo da Vinçi adına Beynəlxalq Hava Limanına təcili eniş edib.

"Report" xəbər verir ki, avialayner Milan-Neapol marşrutu ilə hərəkət edirmiş.

Uçuş zamanı heyət komandiri təhlükəsizliklə əlaqədar yaxınlıqdakı aeroporta eniş etmək üçün icazə istəyib.

Göyərtədə olan 86 sərnişin təyyarədən çıxarılıb.

Şübhəli qırmızı çemodanda Misirdən olan əlil qadın sərnişinin dərman preparatları aşkar edilib.

Aviaşirkət nümayəndələri sərnişinlərin tezliklə başqa təyyarə ilə mənzil başına çatdırılacaqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi