Ali Radanın komitə sədri: “Ukrayna hər il kölgə sxemlərinə görə 21 milyard dollar itirir”
- 31 may, 2025
- 04:40
Yeniliklərdən dərhal xəbərdar olun!
“Hər il Ukraynanın dövlət büdcəsi kölgə sxemlərinə görə 19,2 - 21,6 milyard dollar itirir”.
“Report” xəbər verir ki, bu barədə Ali Radanın maliyyə, vergi və gömrük siyasəti komitəsinin sədri Danil Getmantsev məlumat verib.
Onun sözlərinə görə, ölkə iqtisadiyyatının 30-50%-i kölgədədir:
“İqtisadiyyatın 30-50%-i kölgədədir, elə sənayelər var ki, orada 60%-dən artıqdır, bu, iqtisadi inkişafa əsas maneədir. İqtisadiyyatın kölgədən çıxarılması Ukrayna ordusunun ehtiyaclarını maliyyələşdirmək üçün büdcə vəsaitlərinin çatışmazlığını ödəyə bilər”.
2024-cü ilin noyabrında Radanın deputatı Olqa Vasilevska-Smaqlyuk bildirib ki, Ukrayna büdcəsi kölgə sxemlərinə görə hər ay 100 milyard qrivna və ya 2,4 milyard dollar itirir.