Venesuelada etirazlar zamanı 900-ə yaxın insan saxlanılıb

Venesuelada etirazlar zamanı 900-ə yaxın insan saxlanılıb Bakı. 31 yanvar. REPORT.AZ/ Venesuelanın güc strukturlarının əməkdaşları ötən həftə ölkədə dövlət əleyhinə aksiyaların gedişatında təxminən 900 nəfəri saxlayıb.
Digər ölkələr
31 Yanvar , 2019 05:58
Venesuelada etirazlar zamanı 900-ə yaxın insan saxlanılıb

Bakı. 31 yanvar. REPORT.AZ/ Venesuelanın güc strukturlarının əməkdaşları ötən həftə ölkədə dövlət əleyhinə aksiyaların gedişatında təxminən 900 nəfəri saxlayıb. 

"Report" TASS-a istinadən xəbər verir ki, bu məlumatı "Union Radio" radiostansiyasının efirində "Venesuela Cinayət Forumu" qeyri-hökumət təşkilatının icraçı direktoru Alfredo Romero verib.

"Biz yanvarın 21-dən 27-dək 896 nəfərin saxlanıldığını qeydə aldıq. Söhbət yalnız nümayişçilərdən deyil, həm də hərbçilərin, indiki halda hökumətə qarşı çıxış edən çavuşların qohumlarından gedir", - deyə Romero bildirib. Onun sözlərinə görə, indiyə qədər həddi-buluğa çatmamış 51 nəfər həbsdədir.

Hüquq müdafiəçisi həmçinin qeyd edib ki, hazırda Venesuelada 973 nəfər siyasi məhbus hesab edilir. BMT-nin İnsan Haqları üzrə komissarı İdarəsinin məlumatına əsasən, Venesuelada yanvarın 22-dən etirazların gedişatında azı 40 nəfər həlak olub.

Bundan əvvəl aksiyalar zamanı 850 nəfərin saxlanıldığı bildirilirdi. Qeyd edək ki, Venesuelada həmçinin fransız jurnalistlər də saxlanılıb.

Son xəbərlər

Orphus sistemi