Vuçiç Serbiyada qarşıdan gələn seçkilərdə hakim partiyanın qələbə qazanacağına əmindir
Digər ölkələr
- 23 iyul, 2026
- 18:50
Hakim partiya (Serbiya Tərəqqi Partiyası) payızda ölkədə keçiriləcək parlament və prezident seçkilərində qələbə qazanacaq.
"Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Avstriyanın "Die Presse" qəzetinə müsahibəsində deyib.
"İndi deyə bilərəm: üç aydan sonra biz bir çox ölkələrdəkindən qat-qat daha demokratik olacaq seçkilərdə qalib gələcəyik. Biz Serbiyanı iqtisadi cəhətdən daha güclü edəcəyik", - o bildirib.
A.Vuçiç qeyd edib ki, onun prezidentliyi dövründə, son 10 il ərzində Serbiya iqtisadi inkişaf baxımından çox şeyə nail olub.
Son 10 ilin onu dəyişdirib-dəyişdirmədiyi ilə bağlı suala A.Vuçiç belə cavab verib: "Düşünmürəm ki, bir çox Avropa lideri mənim son illərdə yaşadıqlarımı yaşayıblar".
Son xəbərlər
00:34
Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyat zamanı 67 şübhəli həbs edilib
Region00:00
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Mədəniyyət siyasəti23:54
Mustafa Çiftçi: Türkiyə Suriya, İran və İraqla terrorsuz bölgə mexanizmi yarada bilər
Region23:34
Vaşinqton və Varşava Polşada ABŞ bazası yaratmaq barədə razılığa gəlib
Digər ölkələr23:22
Mustafa Çiftçi: Türkiyə, Gürcüstan və Azərbaycan cinayətkarlığa qarşı birgə mübarizəni müzakirə edəcək
Region22:57
Foto
Türkiyə və Azərbaycanın "Birlik Gücü-2026" təliminə hazırlıqları başa çatıb
Hərbi22:52
İsveçdə hərbi poliqonda partlayış nəticəsində yeddi nəfər yaralanıb
Digər ölkələr22:49
Premyer Liqada VI turun hakim təyinatları açıqlanıb
Futbol22:39