Albaniyanın paytaxtı Tirana yaxınlığında 6,4 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb.
Bu barədə "Report" yerli "Koha Jone" qəzetinə istinadən xəbər verir.
Bildirilir ki, zəlzələ nəticəsində zərər çəkənlərdən biri xəstəxanada ölüb. Bununla da ölənlərin sayı 50 nəfəri ötüb.
Təbii hadisə zamanı daha 2 min sakin xəsarətlər alıb. Albaniyanın baş naziri Edi Rama bildirib ki, axtarış əməliyyatı başa çatıb.
"Deutsche Welle"nin məlumatına görə, Albaniyanın paytaxtında demək olar ki, 1,5 min evə zərər dəyib, qonşu Durresdə bu rəqəm təxminən 900 təşkil edir.