Albaniyada zəlzələ qurbanlarının sayı 35 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə ölkə hakimiyyətinin məlumatlarına istinadən
Nəşrin məlumatına görə, indiyədək uçqunlar altından təxminən 45 nəfər xilas edilib. Fövqəladə xidmətlərin işçiləri axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.
Albaniyada 6,4 maqnitudalı zəlzələ noyabrın 26-da, yerli vaxtla saat 04:00-da baş verib. ABŞ-ın Geologiya Xidmətinin məlumatına görə, zəlzələnin episentri paytaxt Tirana yaxınlığındakı Şiyak şəhərindən 10 kilometr şimal-qərbdə yerləşib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə olub.
Daha əvvəl 23 nəfərin həlak olduğu, 650-dən çox insanın xəsarət aldığı bildirilirdi.