Yuxarı
    Bağlamaq

    "Al Jazeera Turk": "İstanbuldakı partlayışda ölənlər var" - FOTO - VİDEO

    Türkiyənin dövlət orqanları həlak olanlarla bağlı məlumatı təsdiqləməyib

    Bakı. 11 dekabr. REPORT.AZ/ Bir neçə saat əvvəl Türkiyənin İstanbul şəhərində baş vermiş partlayış zamanı 15 nəfər həlak olub.

    "Report" xəbər verir ki, bu barədə "Al Jazeera Turk" telekanalı məlumat yayıb.

    "Reuters" agentliyi isə öz növbəsində güc strukturlarındakı mənbəyə istinadən İstanbulun Beşikdaş rayonunda baş vermiş partlayış zamanı 13 nəfərin öldüyünü xəbər verib. Türkiyənin dövlət orqanları həlak olanlarla bağlı məlumatı təsdiqləməyib.

    Lakin hadisə zamanı 20 nəfərin yaralandığı bildirilir.

    Qeyd edək ki, partlayış Beşiktaş rayonunda, Maçka parkı yaxınlığında baş verib. Partlayışdan sonra ərazidə güclü yanğın başlayıb. Türkiyənin digər mətbu orqanları isə hadisə yerinə çoxlu sayda polis və təcili yardım maşınlarının cəlb edildiyini xəbər veriblər. Hadisənin terror aktı olduğu ehtimal edilir.

    Türkiyənin daxili işlər naziri Süleyman Soylu da hadisə zamanı 20 nəfərin yaralandığını təsdiq edib. Yaralılar polis əməkdaşlarıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi