Yuxarı

​Aktobedə öldürülən ekstremistlərin sayı 13 nəfərə çatıb

Əməliyyat zamanı 4 nəfər yaralanıb, 7 nəfər axtarışdadır

Bakı. 7 iyun. REPORT.AZ/ Qazaxıstanın Aktobe şəhərində bir sıra obyektlərə hücum edən ekstremistlərdən 13 nəfəri öldürülüb, 4-ü yaralanıb, 7 nəfər axtarışdadır.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat katibi Almas Sadubayev məlumat verib.

Bazar günü bir qrup silahlı şəxs Aktobedə iki silah mağazası və bir hərbi hissəyə hücum edib. Nəticədə 6 nəfər öldürülüb, 10 nəfərdən çox insan yaralanıb. Şəhərdə anti-terror əməliyyatı rejimi elan olunub.

"Hazırda fəal silahlı müqavimət zamanı hücum edənlərdən 13 nəfəri öldürülüb, 4 nəfər yaralanıb, 7 nəfər axtarılır", — deyə agentliyin həmsöhbəti bildirib.

Onun sözlərinə görə, yerdə qalan cinayətkarların yerinin müəyyənləşdirilməsi və ələ keçirilməsi istiqamətində lazımi tədbirlər görülür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi