Avropa Komissiyası (AK) Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişini tamamilə dayandırmaq təklifini təsdiqləyib.
“Report” TASS-a istinadən xəbər verir ki, Rusiya Federasiyası ilə viza rejiminin sadələşdirilməsi sazişinin dayandırılması ilə bağlı qərar bir həftə ərzində təsdiq oluna bilər.
AK Şengen zonasına daxil olmayan Bolqarıstan, Rumıniya və digər Aİ dövlətlərinin rusiyalılara vizaların verilməsini azaldacağına ümid edir.
Avropa komissarının sözlərinə görə, Rusiya Federasiyasının vətəndaşları Aİ-yə viza almaq üçün daha uzun və daha bahalı prosedurlarla üzləşəcək və çoxgirişli vizalar əldə etmək çətinləşəcək. Eyni zamanda, AK Rusiya tələbələrinə, jurnalistlərinə, dissidentlərinə və vətəndaş cəmiyyəti nümayəndələrinə vizaların verilməsi üçün daha rahat şərait yaratmaq niyyətindədir.