AK “Microsoft”a qarşı antiinhisar istintaqına başlayıb

Digər ölkələr
  • 28 iyul, 2023
  • 16:26
AK “Microsoft”a qarşı antiinhisar istintaqına başlayıb

Avropa Komissiyası (AK) “Microsoft” korporasiyasına qarşı antiinhisar istintaqına başlayıb.

Bu barədə “Report” xarici KİV-ə istinadən xəbər verir.

İstintaqın mərkəzində şirkətin “Office 365” paketinə bağladığı və tək bir məhsul kimi satdığı “Teams” korporativ messenceri dayanır. AK-dan fərqli məhsulların bir təklifdə birləşdirən belə bir təcrübənin rəqabətcil olmaya biləcəyi vurğulanıb.

“Bu məhsulların bazarının rəqabətqabiliyyətli qalmasına zəmanət verməliyik və şirkətlər ehtiyaclarını ən yaxşı şəkildə qarşılayan məhsulların seçimində sərbəstdir. Buna görə “Microsoft” ofis proqramlarının “Teams” ilə birləşdirilməsinin Avropa İttifaqında rəqabət normalarına zidd olub-olmamasının araşdırılmasına başladıq”, - AK-nın rəqəmsal siyasət üzrə vitse-prezidenti və Aİ-nin rəqabət üzrə komissarı Marqrete Vestager deyib.

İstintaq “Salesforce” şirkətinə məxsus olan başqa bir korporativ messencer – “Slack”in hələ 2020-ci ildə etdiyi şikayət ilə bağlıdır. Şikayətçinin fikrincə, “Microsoft” bazardakı dominant mövqeyindən sui-istifadə edir və biznes müştərilərinə “Teams”i təklif edir.