"AirBaltic" aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəza enişi edib

"AirBaltic" aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəza enişi edib Hava gəmisi Riqa aeroportuna enib
Digər ölkələr
29 Dekabr , 2016 04:40
AirBaltic aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəza enişi edib

Bakı. 29 dekabr. REPORT.AZ/ Dekabrın 28-i axşam Kopenhagendən Riqaya uçan "AirBaltic" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Latviya paytaxtında qəza enişi edib.

"Report" xəbər verir ki, təyyarənin göyərtəsində 64 sərnişin və 4 heyət üzvü olub.

Hava limanı təmsilçisi Laura Karnitenin sözlərinə görə, təyyarə uğurla eniş edib. O, hadisə barədə ətraflı məlumat verməyib.

Aeroportun idarə heyətinin üzvü Talis Linkayts "Twitter"də yazıb ki, təyyarənin şassisində problem yaranıb.

Son xəbərlər

Orphus sistemi