​"AirAsia" laynerinin sudan çıxarılan sərnişinlərinin sayı 100-ə çatıb

​"AirAsia" laynerinin sudan çıxarılan sərnişinlərinin sayı 100-ə çatıb Bir cəsəd hava gəmisinin kabinəsindən çıxarılıb
Digər ölkələr
8 Fevral , 2015 09:52
​AirAsia laynerinin sudan çıxarılan sərnişinlərinin sayı 100-ə çatıb

Bakı. 8 fevral. REPORT.AZ/ İndoneziya dalğıcları Malaziyanın qəzaya uğramış "AirAsia" təyyarəsinin ölmüş sərnişin və heyət üzvlərindən daha bir neçəsinin cəsədini aşkar ediblər.

"Report" "NBC News"a istinadən xəbər verir ki, beləlikdə tapılan cəsədlərin sayı 100-ə çatıb.

Cəsədlərdən biri təyyarənin pilot kabinəsindən tapılıb. İndoneziyanın Milli Axtarış-Xilasetmə Agentliyinin rəisi Henri Bambanq Soelistionun verdiyi məlumata görə, dalğıclar ötən cümə 4, şənbə günü isə 3 meyit aşkar etməyə müvəffəq olublar.

Kabinədən çıxarılan cəsəd formada və təhlükəsizlik kəməri ilə bağlanmış vəziyyətdə olub. Daha bir pilotun cəsədi kabinədə qalıb. Güclü sualtı cərəyan səbəbindən onu çıxarmaq mümkün olmayıb.

Cəsədlərin bəziləri qəza yerindən min km. aralıda, Sulavesi adasında tapılıb.

Yavan dənizində qəzaya uğrayan "Airbus A320-200" hava gəmisinin göyərtəsində ümumilikdə 162 nəfər - 155 sərnişin və yeddi heyət üzvü olub.

Qəza dekabrın 28-də baş verib.

Son xəbərlər

Orphus sistemi