Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) birgə nümayəndə heyəti dekabrın 7-11-də Mərakeş Krallığında səfərdə olublar.
Azərbaycan XİN mətbuat xidmətindən "Report"a verilən məlumata əsasən, səfər Mərakeşin su çatışmamazlığından əziyyət çəkən bölgəsində yerləşən Figuig şəhərində fəaliyyət göstərən kəhrizlərin vəziyyətinin öyrənilməsi və mövcud problemlərin aradan qaldırılması yollarının müzakirəsi məqsədi daşıyıb.
Səfər çərçivəsində nümayəndə heyəti Figuig şəhərinin icra hakimiyyətinin başçısı, yerli icmaların rəhbərləri ilə görüşlər keçirmiş və gələcək əməkdaşlıq imkanlarına dair müzakirələr aparıblar.