Aİ-yə vətəndaşlarının girişinə icazə verilən ölkələrin sayı artırıldı

Aİ-yə vətəndaşlarının girişinə icazə verilən ölkələrin sayı artırıldı Avropa İttifaqı üzv ölkələrinə koronavirusla bağlı epidemioloji vəziyyət yaxşılaşdığı üçün vətəndaşlarının gəlişinə icazə vermək tövsiyə olunan ölkələrin siyahısına Yaponiya da əlavə olunub.
Digər ölkələr
3 İyun , 2021 17:30
Aİ-yə vətəndaşlarının girişinə icazə verilən ölkələrin sayı artırıldı

Avropa İttifaqı üzv ölkələrinə koronavirusla bağlı epidemioloji vəziyyət yaxşılaşdığı üçün vətəndaşlarının girişinə icazə verilməsi tövsiyə olunan ölkələr siyahısına Yaponiya da əlavə olunub.

“Report” xəbər verir ki, bu barədə Aİ Şurasının açıqlamasında bildirilir. Siyahıda Avstraliya, Cənubi Koreya, Çin, İsrail, Ruanda, Sinqapur, Tailand, Yeni Zelandiya yer alır. Bu ölkələr qarşılıqlı olaraq sərhədlərini Aİ vətəndaşlarının üzünə açmalıdır.

Sözügedən siyahı tərtib edilərkən rəhbər tutulan meyarlar arasında cari epidemioloji vəziyyət, o cümlədən son 14 gün ərzində yeni yoluxmaların sayı, koronavirusun yayılmasına qarşı görülən tədbirlər, habelə iqtisadi və sosial mülahizələr də var.

Qeyd edək ki, həmin siyahı məcburi yox, sırf tövsiyə xarakteri daşıyır.

Son xəbərlər

Orphus sistemi