Aİ: "Ukraynaya hərbi texnika təminatı daha da sürətlənəcək"

Aİ: "Ukraynaya hərbi texnika təminatı daha da sürətlənəcək" "Biz hərbi texnikanın, o cümlədən hava hücumundan müdafiə vasitələrinin təminatını daha da sürətləndirəcəyik”.
Digər ölkələr
10 Fevral , 2023 15:06
Aİ: Ukraynaya hərbi texnika təminatı daha da sürətlənəcək

"Biz hərbi texnikanın, o cümlədən hava hücumundan müdafiə vasitələrinin təminatını daha da sürətləndirəcəyik”.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel tviterdə yazıb.

Onun sözlərinə görə, bu terror taktikası nə Ukraynanı, nə də onun tərəfdaşlarını qorxuda bilər: “Aİ və ona üzv olan ölkələr Ukraynanın və bütün ukraynalıların yanındadır".

Ş.Mişel yazıb ki, Rusiyanın Ukrayna şəhərlərinə raket hücumları müharibə cinayətidir.

Qeyd edək ki, bu gün Rusiya Ukraynanı kütləvi raket hücumlarına məruz qoyub.

Son xəbərlər

Orphus sistemi