Aİ Ukraynaya hərbi, humanitar və maliyyə yardımını artırmağa davam edəcək

Digər ölkələr
  • 21 oktyabr, 2022
  • 18:52
Aİ Ukraynaya hərbi, humanitar və maliyyə yardımını artırmağa davam edəcək

Avropa İttifaqı Ukraynaya hərbi, humanitar və maliyyə yardımını artırmağa davam edəcək.

“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuat konfransında deyib.

“Avropa İttifaqı qətiyyətlə Ukraynanın tərəfindədir. Sammit bu ölkəyə hərbi, humanitar və maliyyə yardımının artırılmasının zəruriliyini təsdiqləyib”-deyə, o bildirib.