​Aİ Türkiyə ilə miqrasiya böhranının həll prinsiplərini razılaşdırıb

​Aİ Türkiyə ilə miqrasiya böhranının həll prinsiplərini razılaşdırıb Altı prinsip əsasında işləmək barədə razılıq var
Digər ölkələr
8 Mart , 2016 03:59
​Aİ Türkiyə ilə miqrasiya böhranının həll prinsiplərini razılaşdırıb

Bakı. 8 mart. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) Türkiyə ilə miqrasiya böhranının əsas həll prinsiplərini razılaşdırıb.

"Report" xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Mina Andreyeva məlumat verib.

"Avropa Komissiyasının sədri Jan-Klod Yunker və Avropa İttifaqı Şurasının sədri Donald Tusk Aİ sammitində Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə qaçqın böhranının birgə həlli ilə bağlı əsas prinsiplər barədə razılıq əldə edib", — deyə Andreyeva "twitter"də yazıb.

Lüksemburqun baş naziri Ksavye Bettel bundan əvvəl bəyan etmişdi ki, Tusk Aİ-nin martın 17 və 18-nə təyin olunmuş növbəti sammitinədək Türkiyə tərəfi ilə miqrasiya planının detallarını hazırlayacaq. Onun sözlərinə görə, altı prinsip əsasında işləmək barədə razılıq var. Bununla belə baş nazir bu prinsipləri açıqlamayıb.

Son xəbərlər

Orphus sistemi