Yuxarı
    Bağlamaq

    ​Aİ-Türkiyə görüşü Ankarada terror aktı səbəbindən təxirə salınıb

    Görüşün Brüsseldə keçirilməsi nəzərdə tutulurdu

    Bakı. 18 fevral. REPORT.AZ/ Türkiyə və Avropa İttifaqına üzv 11 ölkənin dövlət və hökumət başçılarının fevralın 18-də Brüsseldə keçirilməsi nəzərdə tutulan miqrasiya və Suriyadakı vəziyyətlə bağlı görüşü təxirə salınıb.

    "Report" xəbər verir ki, bu barədə diplomatik mənbəyə istinadən TASS məlumat yayıb.

    Fevralın 17-də Ankarada hərbçilərin yataqxanası yaxınlığında avtomobilin partladılması nəticəsində 28 nəfər ölüb, 61 nəfər yaralanıb.

    Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana planlaşdırılan səfəri də təxirə salınıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi